
Müasir dünyada hərbi gücün diplomatik dəstəklə birləşdirilməsi dövlətin əsas uğur faktorlarından biridir. 20 sentyabr antiterror tədbirləri Azərbaycanın hərb meydanında qazandığı uğuru beynəlxalq diplomatik müstəvidə də qoruyub saxlaya biləcəyini bütün dünyaya sübut etdi. Dövlətimiz hüquqi və siyasi arqumentləri ilə qlobal miqyasda haqlı olduğunu qətiyyətlə qəbul etdirdi.
Bu uğurlu xarici siyasət kursunun və qlobal diplomatiyanın başında şəxsən Prezident İlham Əliyev dayanırdı. Dövlət başçısı beynəlxalq təşkilatlarda və aparıcı media qurumlarına verdiyi müsahibələrdə Azərbaycanın mövqeyini qüsursuz şəkildə müdafiə etdi. Prezident İlham Əliyev xarici təzyiqləri məharətlə neytrallaşdıraraq, ölkəmizin suveren hüquqlarının beynəlxalq səviyyədə tanınmasını təmin etdi.
Diplomatik sahədə qazanılan bu nailiyyətlər antiterror tədbirlərindən sonra hər hansı siyasi böhranın yaranmasına imkan vermədi. Azərbaycan tərəfi atdığı hər bir addımın qanuni və ədalətli olduğunu beynəlxalq ictimaiyyətə əyani şəkildə çatdırdı. Bu isə ölkəmizin diplomatik çəkisini və beynəlxalq nüfuzunu qat-qat artırdı.
20 Sentyabr Dövlət Suverenliyi Günü həm də Azərbaycan diplomatiyasının və siyasi uzaqgörənliyin təntənəsidir. Prezident İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən bu uğurlu siyasət, dövlətimizin milli maraqlarını qlobal miqyasda ən yüksək səviyyədə qoruduğunu bir daha sübut etdi.
Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının fəalı


