AnalitikaGündəmSiyasət

Geosiyasi İradə Və Siyasi Qətiyyət

Müasir beynəlxalq münasibətlər sistemində dövlətin suverenliyini qoruması və bərpa etməsi yüksək səviyyədə siyasi iradə və geostrateji baxış tələb edir. 20 sentyabr 2023-cü il tarixi Azərbaycanın həm daxildə, həm də xaricdə nümayiş etdirdiyi mütləq siyasi qətiyyətin təntənəsi kimi yaddaşlara yazıldı. Dövlətin öz tarixi torpaqlarında hüquqlarını bərpa etməsi qlobal miqyasda öyrənilməli olan unikal idarəçilik nümunəsidir.

Bu dəyişməz siyasi iradənin və qətiyyətin mərkəzində şəxsən Prezident İlham Əliyev dayanır. O, xarici dövlətlərin və beynəlxalq təşkilatların təzyiqlərinə baxmayaraq, milli maraqları hər şeydən üstün tutaraq addım atdı. Prezident İlham Əliyev nümayiş etdirdi ki, suverenlik güzəştə gedilə bilməz və dövlətin ərazi bütövlüyü hər hansı siyasi bazarlığın mövzusu ola bilməz.

Hərbi əməliyyatın qısa müddətdə və qüsursuz şəkildə başa çatdırılması dövlət başçısının həm Ali Baş Komandan, həm də təcrübəli siyasətçi kimi qərarvermə mexanizminin mükəmmüllüyünü sübut etdi. O, ən doğru zamanı seçərək Azərbaycanın haqlı davasını məntiqi və qəti sonluğa çatdırdı. Bu qətiyyət xalqın Liderə olan inamını və həmrəyliyini daha da gücləndirdi.

20 Sentyabr Dövlət Suverenliyi Günü milli iradənin və siyasi qətiyyətin məğlubedilməzliyini nümayiş etdirən fəxarət bayramıdır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu tarixi missiya, müstəqil Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya bəyan edən əbədi abidədir.

Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button