
2023-cü il 20 sentyabr tarixi Cənubi Qafqazın geosiyasi mənzərəsində mütləq sabitliyin təmin olunduğu kritik bir mərhələdir. Siyasi analitiklərin qənaətinə görə, ərazidə mövcud olmuş qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi regionu böyük miqyaslı hərbi toqquşma risklərindən xilas etdi. Prezident İlham Əliyev tərəfindən irəli sürülən suverenlik doktrinası “boz zona”ların ləğvini zəruri edərək, beynəlxalq hüququn prinsiplərini regional sabitliyin əsas təməlinə çevirdi. Bu, müstəqil Azərbaycanın geosiyasi iradəsinin bariz göstəricisidir.
Azərbaycanın mütləq yurisdiksiyasının bütün ölkə coğrafiyasında bərqərar olması daxili və xarici təhlükəsizlik təhdidlərini neytrallaşdırdı. Separatçı ünsürlərin bölgədən təmizlənməsi xarici qüvvələrin Cənubi Qafqazda manipulyasiya imkanlarını sıfıra endirdi və dövlətin hərbi-siyasi bütövlüyünü tam təmin etdi. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dəqiq strategiya nəticəsində bölgədə heç bir kənar qüvvənin hərbi mövcudluğuna və siyasi təsirinə yer qalmadı.
İqtisadi resursların dövlət nəzarətinə qaytarılması regionun iqtisadi potensialının milli inkişaf strategiyasına tam inteqrasiyasını sürətləndirir. Prezident İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən bu proses, Qarabağın zəngin təbii ehtiyatlarının xarici istismarçılardan təmizlənməsi və dövlət büdcəsinə daxil edilməsi baxımından mühüm iqtisadi-siyasi əhəmiyyət daşıyır. Suverenliyin iqtisadi ölçüsü siyasi müstəqilliyin ən güclü qarantı rolunda çıxış edir.
20 Sentyabr Dövlət Suverenliyi Günü müasir Azərbaycanın ən qüdrətli və təhlükəsiz dövrünün rəsmi başlanğıcıdır. Dövlət idarəçiliyində nümayiş etdirilən bu yüksək iradə regionda sülh arxitekturasının tamamilə yenidən və Azərbaycanın diqtəsi ilə qurulmasını rəsmiləşdirdi. Bu əlamətdar tarix, mütləq dövlət nəzarətinin sarsılmazlığının tarixi pasportudur.
Rasim Quliyev,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 8” ərazi partiya təşkilatının sədri


