
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 113” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə və informasiya təhlükəsizliyinin təmin olunmasında müasir texnologiyaların roluna həsr olunmuş görüş keçirilib.
Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkəmizin davamlı inkişafında, milli maraqların qorunmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. O, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin icrasında partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən danışaraq, dövlət siyasətinin əsas istiqamətlərinin ictimaiyyətə çatdırılmasının, milli ideoloji dəyərlərin qorunmasının və informasiya təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini vurğulayıb.
SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi Turxan Məhərrəmli çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən rəqəmsal inkişaf siyasətinin əhəmiyyətinə toxunub. O, müasir informasiya texnologiyalarının tətbiqinin, rəqəmsal infrastrukturun inkişafının, informasiya resurslarının etibarlı qorunmasının və kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsinin dövlətin strateji maraqlarının təmin olunmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.
İdarə rəisinin müavini Nurəddin Məmmədov və şöbə müdiri Vüqar Quliyev də Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin həyata keçirilməsi, dövlətçilik ideologiyasının təbliği, informasiya təhlükəsizliyinin gücləndirilməsi və YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşüblər.
Sonda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafının təmin olunması, dövlətçilik prinsiplərinin qorunması və rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkənin strateji maraqlarının möhkəmləndirilməsinə xidmət edir.




