
İngiltərənin “Tottenhem” klubunun sabiq baş məşqçisi Angelos Postekoqlu karyerasını Almaniyada davam etdirə bilər.
“Carixeber.az” “Sky Sport”a istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis “Bayer 04” komandasının baş məşqçi postuna namizədlər siyahısındadır.
Hazırda klubsuz olan Postekoqlu ötən mövsüm London təmsilçisi ilə UEFA Avropa Liqasının qalibi olub.
Qeyd edək ki, “Bayer 04” daha əvvəl baş məşqçisi Erik ten Haqla yollarını ayırıb.