DünyaGündəm

Suriya Prezidenti Əhməd əl-Şaraa Almaniyaya səfər edəcək

Suriya Prezidenti Əhməd əl-Şaraa Almaniyaya səfər edəcək.

Aktualinfo.az  “Əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, bu barədə Berlində hökumətin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib. Bildirilib ki, Almaniya Kansleri Fridrix Merts bazar ertəsi Suriya prezidentini qəbul edəcək.

Qeyd olunub ki, bu, Əhməd əl-Şaraanın Suriyada hakimiyyətə gəldikdən sonra Almaniyaya ilk səfəridir.

Məlumata görə, səfər ilkin olaraq yanvar ayına planlaşdırılsa da Suriya tərəfinin xahişi ilə təxirə salınıb. Buna səbəb həmin dövrdə Suriya qüvvələri ilə Suriya Demokratik Qüvvələri arasında yaranmış gərginlik olub. Daha sonra tərəflər arasında razılaşma əldə edilib.

Səfər çərçivəsində suriyalı qaçqınların ölkələrinə geri qaytarılması prosesinin sürətləndirilməsi ilə bağlı Almaniyanın apardığı siyasət barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.

Qeyd edək ki, son illərdə təxminən bir milyon suriyalı Almaniyaya sığınıb. Onların böyük hissəsi 2015–2016-cı illərdə ölkələrindəki müharibədən qaçaraq Almaniyaya gedib.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button