
2025-ci il Klublararası Dünya Çempionatının 1/4 finalında “Real Madrid” Dortmund “Borussiya”sını 3:2 hesabı ilə məğlub edib.
Carixeber.az xəbər verir ki, Madrid klubu bununla da bir mövsümdə keçirilən matçların sayına görə ölkə rekordunu qırıb.
“One Football”un məlumatına görə, bu görüş “Real”ın 2024/2025 mövsümündə 67-ci görüşü olub ki, bu da İspaniya klubu üçün tarixdə ən yaxşı nəticədir.
Qeyd edək ki, kral klubu 2001/2002 mövsümündə 66 oyun keçirib. İspaniyanın digər klublarından 2009/2010 mövsümündə “Atletiko”, 2011/2012 mövsümündə isə “Barselona” hərəyə 64 matça çıxıblar. Bununla da “Real” özünə aid olan 23 illik rekordu yeniləyib.