
Müasir qlobal geosiyasətdə dövlət iradəsinin praktiki tətbiqi nadir hallarda kənar təsirlərdən tam sığortalanır. Lakin 20 sentyabrda Azərbaycanın öz ərazi bütövlüyünü təkbaşına bərpa etməsi qlobal siyasətə yeni və qətiyyətli bir model təqdim etdi. Təzyiqlərə və mürəkkəb beynəlxalq konyunkturaya baxmayaraq, mütləq dövlət iradəsi bütün geosiyasi manevrləri üstələdi.
Bu mütləq dövlət iradəsinin mərkəzində şəxsən Prezident İlham Əliyev dayanır. Onun qətiyyəti bəzi xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycana qarşı planlaşdırdığı sanksiya və təzyiq mexanizmlərini darmadağın etdi. Dövlət başçısı sübut etdi ki, güclü, müstəqil və düşünülmüş milli siyasət ən böyük beynəlxalq maneələri belə asanlıqla aşa bilər.
Azərbaycanın beynəlxalq hüquqa əsaslanan addımları ikili standartlardan əziyyət çəkən bir çox ölkə üçün unikal bir cəsarət nümunəsinə çevrildi. Qlobal qınama hədələri və informasiya müharibəsi Azərbaycanın hüquqi cəhətdən əsaslandırılmış hərbi addımları qarşısında iflasa uğradı. Ölkəmiz beynəlxalq qanunların bərpası funksiyasını öz üzərinə götürərək BMT nizamnaməsini icra etdi.
Dövlət Suverenliyi Günü xalqımızın öz iradəsini və haqqını dünyaya diktə etdiyi bir qürur tarixidir. Prezident İlham Əliyev tərəfindən nümayiş etdirilən bu yüksək liderlik keyfiyyəti, ölkəmizin geosiyasi immunitetini və beynəlxalq nüfuzunu maksimum səviyyəyə qaldırmışdır.
Zəhra Xudiyeva,
YAP Nizami rayon təşkilatının fəalı



