Gündəmİdman

Qazaxıstan klubu tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb

Qazaxıstanın “Kayrat” klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

“Carixeber.az” xəbər verir ki, Almatı təmsilçisi pley-off mərhələsində “Seltik”i (Şotlandiya) üstələməklə bu uğura imza atıb.

Qlazqoda keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb. Cavab matçının əsas və əlavə vaxtında da hesab açılmadığından qalibi müəyyən etmək üçün penaltilar seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq oynayan “Kayrat” (3:2) qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan klublarından turnirin pley-offunu keçmək “Astana”ya (2015/2016) müyəssər olmuşdu.

Oxşar Xəbərlər

Back to top button