İdmanGündəm

“Qarabağ”ın Çempionlar Liqası matçının biletləri satışda

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Şelburn” (İrlandiya) oyununun biletləri bu gün 12:00-dan etibarən satışa çıxarılacaq.

Carixeber.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, qarşılama iyulun 23-də Dublindəki “Tolka Park” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış)
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Oxşar Xəbərlər

Back to top button