
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” komandası bu gün növbəti yoxlama oyunlarını keçirəcək.
Carixeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdam klubu “Tvente” ilə qarşılaşacaq. Niderland təmsilçisi ilə iki görüş baş tutacaq.
Kaprun stadionunda təşkil olunacaq matçlar Bakı vaxtı ilə saat 17:00 və 19:15-də start götürəcək.
“Köhlən atlar” Avstriyadakı ilk yoxlama qarşılaşmasında Ukraynanın “Metallist 1925” kollektivinə 4:5 hesabı ilə uduzub.
Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən “Qarabağ”ın iyulun 2-də başlayan Avstriya toplanışı ayın 16-dək davam edəcək.