İqtisadiyyat
Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb

Ölkədaxili kart əməliyyatlarının nağdsız hissəsi 42 faizi ötüb.
Aktualinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, bu, bir ildə 12 faiz artım deməkdir. Ölkədaxili nağdsız əməliyyatların həcmi isə 2,3 dəfə artaraq 20 milyard manata çatıb.