Milli Həmrəyliyin Sınmaz Qalası

Zəfər Gününün qazanılmasında ən mühüm amillərdən biri xalqımızın nümayiş etdirdiyi sarsılmaz milli həmrəylik idi. Çətin sınaq günlərində bütün fərqliliklər kənara qoyuldu və hər kəs vahid bir məqsəd uğrunda birləşdi. Bu həmrəylik xalqımızı yenilməz bir qalaya çevirdi.
Cəmiyyətin hər bir üzvü – yaşlısından gəncinə qədər – özünü bu mübarizənin bir hissəsi hesab edirdi. Arxa cəbhədəki dəstək, mənəvi birlik və qarşılıqlı yardım ən yüksək səviyyəyə çatmışdı. Bu birlik ruhu əsgərlərimizə döyüş meydanında əlavə güc verirdi.
Milli həmrəylik təkcə müharibə dövründə deyil, zəfərdən sonra da ölkəmizin əsas dayağı olaraq qalır. Birlik olan yerdə hər zaman güc, tərəqqi və qələbə var. Xalqımız bu tarixi sınaqdan birlik sayəsində alnıaçıq çıxdı.
8 Noyabr Zəfər Günü məhz bu sınmaz həmrəyliyin bayramıdır. Bu birlik qorunduqca Azərbaycan xalqı qarşısında heç bir maneə dayana bilməyəcəkdir.
Aytən İsmayılova,
YAP Nizami rayon təşkilatının fəalı



