
Hər hansı bir dövlətin xarici təhdidlər qarşısında duruş gətirməsi və tarixi zəfərlər qazanması birbaşa xalq ilə iqtidar arasındakı sarsılmaz milli həmrəylikdən asılıdır. 20 sentyabr 2023-cü il tarixində əldə olunan mütləq suverenlik xalqımızın “Dəmir Yumruq” ətrafında necə monolit birlik yaratdığının ən bariz sübutudur. Cəmiyyətin bütün təbəqələrinin dövlət siyasətini birmənalı dəstəkləməsi bu tarixi qələbənin qazanılmasında həlledici rol oynadı.
Bu möhtəşəm milli birliyin formalaşmasında və qorunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət müstəsna əhəmiyyət daşıyır. Dövlət başçısının xalqın mənafeyini hər şeydən üstün tutması, hər bir vətəndaşın hüquqlarını qoruması cəmiyyətdə Liderə qarşı sonsuz etimad mühiti yaratdı. Prezident İlham Əliyev xalqı tək bir amal – Vətənin bütövlüyü ideyası ətrafında birləşdirərək yenilməz bir güc ortaya qoydu.
Bu milli həmrəylik təkcə hərbi əməliyyatlar dövründə deyil, həm də azad edilmiş torpaqların bərpası və quruculuq mərhələsində də eyni şəkildə qorunub saxlanılır. Vətəndaşların könüllü şəkildə quruculuq prosesində iştirak etməsi, ölkənin ümumi inkişafına töhfə verməsi bu birliyin əməli təzahürüdür. Xalq-iqtidar vəhdəti dövlətimizin gələcək inkişafının da ən güclü təminatıdır.
Dövlət Suverenliyi Günü xalqımızın öz Liderinin ətrafında sıx birləşərək yaratdığı milli birliyin və həmrəyliyin şanlı bayramıdır. Prezident İlham Əliyev rəhbərliyi ilə əldə olunan bu monolit birlik, müstəqil Azərbaycanın heç bir qüvvə tərəfindən sarsıdılmayacağının və əbədi yaşayacağının ən böyük sübutudur.
Samir Məmmədov,
YAP Nizami rayon təşkilatının “Yusif Səfərov küçəsi, 10” ərazi partiya təşkilatının sədr müavini



