
2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminədialoq” mövzusunda 7-ci Ümumdünya MədəniyyətlərarasıDialoq Forumunun rəsmi açılış mərasimi keçirilib. Dünyanın100-dən çox ölkəsindən 2000-dən artıq iştirakçı və 500-dən çoxrəsmi qonağın qatıldığı bu mötəbər tədbirdə AzərbaycanRespublikasının Prezidenti Cənab İlham Əliyev geniş proqramxarakterli nitq söyləyib. Dövlət başçısı öz çıxışında ölkəmizindaxili həmrəylik modelini, müstəqillik illərində qazanılan tarixinailiyyətləri və xarici siyasətin prioritetlərini dünyaictimaiyyətinin diqqətinə çatdırıb.
Prezident cənab İlham Əliyev Azərbaycanın tarixən Asiya iləAvropa arasında coğrafi və mədəni körpü rolunu oynadığını, ölkədəki sabitliyin və uğurlu inkişafın təməlindəmultikulturalizm prinsiplərinin dayandığını vurğulayıb. Azərbaycandakı bütün etnik və dini qrupların vahidazərbaycançılıq ideyası ətrafında bir ailə kimi yaşadıqlarını qeydedən dövlət başçısı, bu milli birliyin 30 illik işğala son qoyanVətən müharibəsi zamanı “Dəmir yumruq” rəmzində özünü ənyüksək səviyyədə büruzə verdiyini bildirib. Müstəqilliyinbərpasının 35-ci ildönümündə ölkədə heç bir daxili riskinolmadığını deyən Prezident, potensial kənar ideoloji və fizikitəhlükələrə qarşı hər zaman ayıq-sayıq olmağın vacibliyini qeydedib.
Ölkəmizin ərazi bütövlüyünün bərpası prosesinə toxunan dövlətrəhbəri, uzun illər nəticə verməyən danışıqlardan sonraAzərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinəəsaslanaraq özünümüdafiə hüququndan istifadə etdiyinixatırladıb. Azərbaycan 30 il ərzində kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə icra edərəktarixi ədaləti, ləyaqəti və beynəlxalq hüququ təkbaşına bəp edib. Qazanılan böyük zəfərə baxmayaraq, rəsmi Bakının regional sülhün təşəbbüskarı olduğunu bildirən Prezident cənab İlham Əliyev, Ermənistanla sülh sazişi layihəsinin keçən ilinavqustunda Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə paraflandığını və bunun Cənubi Qafqazregionunda tamamilə yeni bir tarixi vəziyyət yaratdığını bəyanedib.
Beynəlxalq arenada mövcud olan ikili standartları kəskin tənqidedən Prezident, Azərbaycanın daxili işlərinə müdaxilə və diktəcəhdlərini qətiyyətlə rədd edərək ölkəmizin tam müstəqil siyasətxəttinə sadiq olduğunu vurğulayıb. Çıxışda həmçininAzərbaycanın qlobal güclərlə balanslaşdırılmış stratejitərəfdaşlıq formatlarına sahib olduğu (Çin ilə imzalanmış stratejitərəfdaşlıq bəyannaməsi və ABŞ ilə imzalanmış StratejiXartiya), gələn il İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildəisə Avropa Siyasi Birliyinin Zirvə Görüşlərinə Bakının evsahibliyi edəcəyi bildirilib. İqtisadi sahədə xarici borcun ÜDM-in cəmi 5 faizindən bir az artıq olmaqla dünya üzrə ən aşağısəviyyədə olduğunu deyən dövlət başçısı, ölkəmizin müasirinfrastrukturu və qonşuları ilə qurduğu yaxşı münasibətlərsayəsində qlobal nəqliyyat və enerji layihələrində əvəzolunmazstrateji qovşaq rolunu oynadığını xüsusi qeyd edib.
Qabil Yusifov,
Azərbaycan İdman Akademiyasının müəllimi, YAP Nərimanovrayon təşkilatı üzrə ƏPT-nin sədr müavini



