Gündəmİdman

Haaland dünya futbolunda 21-ci əsrin rekordunu müəyyənləşdirdi

Norveç millisinin hücumçusu Erling Haaland DÇ-2026-nın seçmə mərhələsinin qrup mərhələsinin 6-cı turunda tarixi nəticəyə imza atıb.

“Carixeber.az” xəbər verir ki, o, Moldova millisinə qarşı keçirilən oyunda (11:1) pentatrik edib – 5 qol vurub.

Beləliklə, 25 yaşlı futbolçu XXI əsrdə dünya çempionatının seçmə oyununda beş qol vuran ilk futbolçu olub. FIFA-nın mətbuat xidməti xəbər verir ki, bu, həm də 1977-ci ildən bəri seçmə oyunlarda vurulan ilk pentatrikdir. 48 il əvvəl Avstriya millisinin futbolçusu Hans Krankl Malta ilə oyunda beş qol vurmuşdu.

Oxşar Xəbərlər

Back to top button