GündəmElm və Təhsil

Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edib

Elm və təhsil naziri Emin Əmrullayev Oğuz şəhərində vətəndaş qəbulu keçirib.

“Carixeber.az” xəbər verir ki, qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar müəllimlərin işə qəbulu, tələbə köçürülməsi, xarici təhsil sənədlərinin tanınması və digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Oxşar Xəbərlər

Back to top button