Əbədi Ehtiram və Minnətdarlıq Günü

8 Noyabr Zəfər Günü həm də Vətən uğrunda canından keçən qəhrəmanların dərin ehtiram və minnətdarlıqla yad edildiyi müqəddəs gündür. Onların göstərdiyi şücaət və fədakarlıq sayəsində bu gün azad və qürurlu yaşayırıq. Qəhrəmanlarımızı unutmamaq xalqımızın mənəvi borcudur.
Şəhidlərimizin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır. Onların valideynləri, ailələri bütün cəmiyyətin başıuca, ən dəyərli üzvləridir. Qazilərimizin mətinliyi və iradəsi isə hər zaman bizə örnəkdir.
Bu minnətdarlıq hissi sözlərlə deyil, həm də əməllərlə, Vətənə sədaqətlə nümayiş etdirilir. Qəhrəmanlarımızın ruhu qarşısında baş əymək, onların ideyalarını yaşatmaq hamımızın vəzifəsidir. Zəfər onların fədakarlığı üzərində qurulub.
Zəfər Günü ilk növbədə həmin qəhrəmanların bayramıdır. Onların adı tariximizdə əbədi olaraq qızıl hərflərlə qalacaqdır.
Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı



