AnalitikaGündəmSiyasət

Dövlətlə Diaspor Arasında Canlı Körpü

Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı diaspor nümayəndələri ilə keçirdiyi görüşlər xüsusi siyasi və mənəvi məna daşıyır. Bu görüşlər rəsmi diplomatik proqramın tərkib hissəsi olmaqla yanaşı, dövlətlə xaricdə yaşayan soydaşlar arasında birbaşa əlaqənin möhkəmləndirilməsinə xidmət edir. Prezidentin diasporla açıq ünsiyyəti Azərbaycan dövlətinin hər bir azərbaycanlıya verdiyi dəyərin göstəricisidir.
Bu təmaslar zamanı dövlətin milli maraqları, diaspor fəaliyyətinin istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur. Xaricdə yaşayan azərbaycanlıların üzləşdiyi problemlər diqqət mərkəzində saxlanılır, onların ictimai və mədəni təşəbbüslərinə dəstək mexanizmləri vurğulanır. Beləliklə, diaspor nümayəndələri özlərini dövlət siyasətinin ayrılmaz hissəsi kimi hiss edirlər.
Görüşlərin mühüm tərəflərindən biri milli kimliyin qorunmasına yönəlmiş çağırışlardır. Prezident İlham Əliyev bu platformalarda Azərbaycan dilinin, mədəniyyətinin və tarixi yaddaşının yaşadılmasının əhəmiyyətini xüsusi qeyd edir. Bu mesajlar diaspor üzvlərini daha fəal olmağa, yaşadıqları cəmiyyətlərdə Azərbaycanı layiqincə təmsil etməyə ruhlandırır.
Bu cür görüşlər həm də həmrəylik ideyasının praktiki ifadəsidir. Dövlət başçısının şəxsi diqqəti diasporla Vətən arasında məsafələri mənəvi baxımdan aradan qaldırır. Nəticədə, dünya azərbaycanlıları arasında birlik hissi daha da möhkəmlənir və güclü Azərbaycan dövləti anlayışı real məzmun qazanır.

Turan Zeynalzadə,
YAP Xəzər rayon təşkilatının fəalı

 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button