AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Diplomatların səfəri Qarabağda yeni inkişaf mərhələsini göstərdi

Qarabağ və Şərqi Zəngəzurda son illərdə həyata keçirilən layihələr bölgənin simasını dəyişməkdədir. Diplomatik korpus nümayəndələrinin səfəri bu dəyişiklikləri yerində müşahidə etmək baxımından mühüm imkan yaradıb.

Bölgədə yaşayış məntəqələrinin bərpası ilə yanaşı, nəqliyyat, enerji, təhsil və digər sosial infrastrukturlar da yaradılır. Bu prosesin mərhələli şəkildə davam etdirilməsi ərazilərin iqtisadi və sosial həyata inteqrasiyasına yönəlib.

Diplomatik səfərlər Azərbaycanın bu fəaliyyətini xarici nümayəndələrə birbaşa göstərməsinə imkan verir. Eyni zamanda belə təmaslar regionda davamlı sülh və əməkdaşlıq üçün informasiya mübadiləsinin genişlənməsinə şərait yarada bilər.

Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button