
Bu gün Vətən müharibəsi şəhidi Əhmədov Nicat Həsən oğlunun anım günüdür.
Aktualinfo Media Qrup xəbər verir ki, bununla əlaqədar Keşlə Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət edilib.
Anım mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev, RİHBA-nın əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.




