Gündəmİdman

Azərbaycanın uşaq futbol komandası beynəlxalq turnirdə 4-cü oldu

İspaniyanın Madrid şəhərində “Real Madrid Foundation World Challenge” turniri keçirilib.

Carixeber.az “Qafqazinfo”- ya istinadən xəbər verir ki, burada 18 ölkədən uşaq futbol komandaları yarışıb.

ABB-nin baş sponsorluğu ilə turnirdə ikinci dəfə Azərbaycan komandası da təmsil olunub. Bütün oyunlar “Real Madrid” futbol klubunun Akademiyası ərazisindəki meydançalarda keçirilib. Azərbaycanı təmsil edən U12 komandası yarımfinala yüksələrək Türkiyə komandası ilə 1:1 hesabı ilə oyunu bitirib və penaltı mərhələsindən sonra turnirdə 26 komanda arasında 4-cü yeri tutub.

Turnirə qatılan bütün komandalar ayrı-ayrı ölkələrdə reallaşdırılmış “Real Madrid Foundation Clinic” proqramı əsasında seçilib. 2024-cü ilin iyununda bu proqram ölkəmizdə də ikinci dəfə reallaşdırılıb. ABB-nin baş sponsorluğu, Visa və Epoint şirkətlərinin tərəfdaşlıq dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində “Sabis Sun International School”un ərazisində futbol düşərgəsi təşkil edilib. Ən güclü oyunçular seçilərək “Azerbaijan Footland” komandası formalaşdırılıb.

“Real Madrid Foundation Azerbaijan Clinic” proqramının 2025-ci ilin 23-27 iyun tarixlərində Bakıda ABB-nin baş sponsorluğu ilə yenidən təşkili nəzərdə tutulur.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

Oxşar Xəbərlər

Back to top button