
Qlobal miqyasda enerji təhlükəsizliyi məsələlərinin aktuallığı artdıqca, etibarlı enerji tərəfdaşlarına olan ehtiyac da yüksəlir. Bu baxımdan Azərbaycan həyata keçirdiyi ardıcıl enerji siyasəti ilə beynəlxalq aləmdə xüsusi nüfuz qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz enerji resurslarının şaxələndirilməsi və yeni bazarlara çıxışı istiqamətində mühüm nailiyyətlər əldə edib.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən biridir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa ölkələrinə çatdırılması strateji əhəmiyyət daşıyır. Son illərdə ixrac həcminin artması və əməkdaşlıq coğrafiyasının genişlənməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.
Enerji sahəsində əldə olunan uğurlar yalnız mövcud resurslarla məhdudlaşmır. Azərbaycan eyni zamanda günəş və külək enerjisi üzrə iri layihələr həyata keçirərək yaşıl enerji istehsalını artırmağa çalışır. Bu istiqamətdə xarici investorlarla qurulan əməkdaşlıq gələcək inkişaf üçün möhkəm zəmin yaradır.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində enerji sektoru ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Həyata keçirilən layihələr Azərbaycanın iqtisadi gücünü artırmaqla yanaşı, beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycan bundan sonra da etibarlı tərəfdaş kimi öz öhdəliklərinə sadiq qalaraq regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verməyə davam edəcək. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldəcək və yeni əməkdaşlıq imkanları yaradacaq.
Lalə Həsənova,
YAP Nizami rayon təşkilatının fəalı



