Gündəmİqtisadiyyat

Azərbaycanda benzin və dizel satışından əldə olunan gəlir açıqlanıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 3 milyard 521,3 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən Carixeber.az AZƏRTAC-a istinadən bildirilib ki, 2024-cü ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 7,7 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 6 faiz gəlir əldə edilib.

Oxşar Xəbərlər

Back to top button