AnalitikaGündəmİdman

Azərbaycan idmanı davamlı inkişaf və yeni hədəflər

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı Azərbaycan idmanının son illərdə keçdiyi inkişaf yolunun, əldə edilən nəticələrin və qarşıya qoyulan strateji hədəflərin ümumiləşdirilmiş təqdimatı kimi dəyərləndirildi. Dövlət başçısı çıxışında vurğuladı ki, idman sahəsi ölkədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahəyə göstərilən diqqət təsadüfi deyil, çünki idman sağlam cəmiyyətin formalaşmasına, gənclərin düzgün istiqamətdə yetişməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyev qeyd etdi ki, 2025-ci il ərzində Azərbaycan idmançıları dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə və nüfuzlu yarışlarda uğurla çıxış edərək yüksək nəticələr qazanmış, ölkəmizin bayrağını şərəflə təmsil etmişlər.

Bu nailiyyətlərin arxasında məqsədyönlü dövlət proqramları, idmançılara yaradılan şərait və güclü infrastrukturun dayandığını bildirən dövlət başçısı son illərdə regionlarda olimpiya idman komplekslərinin, idman zallarının və meydançalarının inşa edilməsinin kütləvi idmanın inkişafına mühüm töhfə verdiyini vurğuladı. Prezident İlham Əliyev çıxışında idmanın kütləviləşdirilməsinin əsas vəzifələrdən biri olduğunu qeyd edərək, uşaqların və yeniyetmələrin erkən yaşlardan idmana cəlb edilməsinin gələcək böyük uğurların əsasını təşkil etdiyini bildirdi. O vurğuladı ki, idman gənclərin yalnız fiziki deyil, eyni zamanda mənəvi inkişafına, intizamlı, iradəli və vətənpərvər şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərir.

Dövlət başçısı idmançıların qazandığı uğurlarda məşqçilərin, mütəxəssislərin və federasiyaların rolunu yüksək qiymətləndirərək, onların peşəkarlığının və fədakar əməyinin yüksək nəticələrin əldə edilməsində həlledici amil olduğunu xüsusi qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan idmançılarının beynəlxalq arenada qazandığı hər bir qələbə ölkəmizin nüfuzunu artırır və dövlətimizin idman sahəsində artan potensialını nümayiş etdirir. Çıxış zamanı qadın idmanının inkişafına da toxunan dövlət başçısı bu istiqamətdə görülən işlərin müsbət nəticə verdiyini, qadın idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərin qürurverici olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev eyni zamanda olimpiya idman növlərinə xüsusi önəm verildiyini, bu sahədə hazırlıq prosesinin daha da gücləndirilməsinin qarşıya mühüm vəzifə kimi qoyulduğunu bildirdi. Gələcək hədəflərdən danışan dövlət başçısı idman elminin tətbiqinin genişləndirilməsinin, müasir texnologiyalardan istifadənin və peşəkar idmanla yanaşı kütləvi idmanın paralel şəkildə inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

O qeyd etdi ki, sağlam həyat tərzinin təşviqi dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir və bu istiqamətdə həyata keçirilən tədbirlər uzunmüddətli perspektivdə cəmiyyətin rifahına xidmət edir. Dövlət başçısı həmçinin vurğuladı ki, idman sahəsində əldə olunan nəticələr təkcə medal və statistik göstəricilərdən ibarət deyil, bu uğurlar eyni zamanda cəmiyyətin ümumi ruh yüksəkliyinə, milli həmrəyliyin möhkəmlənməsinə və gənc nəslin öz ölkəsinə bağlılığının artmasına xidmət edir. Prezident İlham Əliyev qeyd etdi ki, dövlət tərəfindən idmançılara göstərilən sosial dəstək, onların məşq və yarış şəraitinin daim yaxşılaşdırılması, tibbi təminatın gücləndirilməsi və maddi stimullaşdırma mexanizmləri gələcək uğurlar üçün möhkəm zəmin yaradır. O bildirdi ki, Azərbaycan beynəlxalq idman tədbirlərinin təşkili sahəsində də böyük təcrübə qazanıb və bu tədbirlər ölkənin tanıdılması baxımından mühüm rol oynayır. Prezident İlham Əliyev idmanın cəmiyyətin bütün təbəqələri üçün əlçatan olmasının vacibliyini vurğulayaraq, sağlam həyat tərzinin təbliğinin davamlı xarakter daşıyacağını bildirdi.

Dövlət başçısı çıxışında bildirdi ki, qarşıdakı dövrdə uşaq idman məktəblərinin fəaliyyəti genişləndiriləcək, bölgələrdə yeni idman obyektləri istifadəyə veriləcək və gənc istedadların üzə çıxarılması üçün sistemli iş aparılacaq. O vurğuladı ki, idman Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsi olaraq daim diqqət mərkəzində saxlanılacaq.

Prezident İlham Əliyev əminliklə qeyd etdi ki, görülən işlər nəticəsində Azərbaycan idmanı davamlı inkişaf edəcək, idmançılarımız yeni zirvələr fəth edəcək və ölkəmiz beynəlxalq idman ailəsində mövqelərini daha da möhkəmləndirəcək. Bu siyasət gələcək nəsillər üçün sağlam, güclü və rəqabətədavamlı Azərbaycan formalaşdırılmasına xidmət edəcək və uzunmüddətli nəticələr verəcək. Dövlət başçısının çıxışı idman ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Mərasim əhval-ruhiyyə və yekdil dəstək şəraitində başa çatdı.

 Sahil Əliyev,
Yeni Azərbaycan Partiyası  məsləhətçi

Oxşar Xəbərlər

Back to top button