AnalitikaGündəmSiyasət

AZƏRBAYCAN BAYRAĞI – SÜLHÜN, SABİTLİYİN VƏ İNKİŞAFIN RƏMZİ

Müstəqil dövlətin inkişafı üçün siyasi sabitlik, milli birlik və davamlı tərəqqi mühüm şərtlərdir. Azərbaycan bu istiqamətdə əldə etdiyi nailiyyətlərlə regionun güclü dövlətlərindən birinə çevrilmişdir. Üçrəngli Dövlət Bayrağımız ölkəmizin bu inkişaf yolunu və müstəqil gələcəyə inamını təcəssüm etdirir.

1918-ci ildə qəbul edilmiş üçrəngli bayraq Azərbaycan xalqının müstəqil dövlət qurmaq iradəsinin rəmzi idi. Onun rəngləri milli kimliyimizi, müasirlik arzumuzu və mənəvi dəyərlərimizi ifadə edir. Bu bayraq xalqımızın tarixi yaddaşında xüsusi yer tutaraq nəsildən-nəslə ötürülmüşdür.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi sabitliyin təmin olunması və dövlət institutlarının möhkəmləndirilməsi müasir inkişafın əsasını yaratmışdır. Onun dövlətçilik strategiyası Azərbaycanın müstəqilliyinin qorunmasına və milli rəmzlərimizin uca tutulmasına xidmət etmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, infrastruktur layihələri və quruculuq proqramları ölkəmizin inkişafına mühüm töhfələr vermişdir. Vətən müharibəsində əldə olunan Zəfərdən sonra azad edilmiş ərazilərdə aparılan bərpa işləri yeni inkişaf mərhələsinin əsasını təşkil edir.

Bu gün üçrəngli bayrağımız sülhə, sabitliyə və tərəqqiyə can atan Azərbaycanın rəmzi kimi dalğalanır. Dövlətimizin inkişafı, xalqımızın rifahı və milli birliyimizin qorunması bayrağımızın ucalığını daha da artırır. Müstəqil Azərbaycan gələcəyə inamla addımlayır.

Lətifə Nəsirova,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Sabir küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button