
Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatı keçirilib.
Carixeber.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, komandamızın üzvlərindən kanoe qayığında mübarizə aparan Tatyana Smilovenko üçüncü yer tutub.
Avarçəkənimiz təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib. Finalda finiş xəttini üçüncü keçən Tatyana Avropa çempionatının bürünc medalına layiq görülüb.