AnalitikaGündəmSiyasət

21 Noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis edilməsi: milli dövlətçilik tariximizdə mühüm mərhələ

Azərbaycanın müasir siyasi tarixində 21 Noyabr 1992-ci il xüsusi əhəmiyyət daşıyanəlamətdar günlərdən biridir. Həmin gün Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasınıntəsis konfransının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcınıqoydu. Bu tarix təkcə yeni siyasi partiyanın yarandığı gün kimi deyil, həm də xalqımızınmürəkkəb tarixi-siyasi şəraitdə milli birlik, dövlətçilik ənənələrinin qorunması və müstəqilliyinmöhkəmləndirilməsi istiqamətində nümayiş etdirilən siyasi iradə ilə əlamətdardır.

​1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ciddi siyasi, iqtisadivə hərbi çətinliklərlə üzləşmişdi. Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, ölkədəki siyasiqarşıdurmalar və iqtisadi böhran vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir şəraitdə dövlətmüstəqilliyinin qorunması, sabitliyin təmin edilməsi və milli maraqların müdafiəsi üçün güclüsiyasi liderə və təşkilatlanmış siyasi qüvvəyə ehtiyac yaranmışdı.

​1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalı Ümummilli Lider Heydər Əliyevəmüraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını və ona rəhbərlik etməsini xahişetdi. “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı bu müraciətə Heydər Əliyev oktyabrın 24-də “Yeni, müstəqil Azərbaycan uğrunda” başlıqlı cavab məktubu ilə münasibət bildirdi. Bununlada Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində mühüm siyasi və təşkilatimərhələyə başlanıldı.

​Beləliklə, 1992-ci il Noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasınıntəsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrindən olan nümayəndələrin iştiraketdiyi konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi. Heydər Əliyev konfransiştirakçılarının yekdil qərarı ilə partiyanın sədri seçildi. Bununla da Yeni AzərbaycanPartiyasının əsası qoyuldu və ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı baş verdi.

​Yeni Azərbaycan Partiyasının yaradılması həmin dövrün siyasi və ictimaireallıqlarından irəli gələn tarixi zərurətlə yanaşı, Azərbaycanın siyasi həyatında mühümhadisə olmaqla yanaşı, gələcək inkişafının müəyyənləşdirilməsi istiqamətində də əhəmiyyətliaddım idi.

​Ümummilli Lider Heydər Əliyevin partiyanın sədri seçilməsi onun zəngin dövlətçiliktəcrübəsinə, siyasi nüfuzuna və xalq arasında böyük etimada malik olmasına əsaslanırdı. Ulu Öndərin siyasi fəaliyyəti və dövlətçilik təcrübəsi müasir Azərbaycan tarixində mühüm izqoymuşdur. Onun müəyyən etdiyi siyasi kursun əsas istiqamətlərini dövlət müstəqilliyininqorunması, milli maraqların müdafiəsi, azərbaycançılıq ideologiyasının inkişafı və güclü dövlətquruculuğu təşkil edirdi.

​1993-cü ildə ölkədə yaranmış ağır siyasi böhran şəraitində Heydər Əliyevin xalqın təkidilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu dövrdə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması vəölkənin iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində mühümaddımlar atıldı. Həmin dövrdə həyata keçirilən siyasət müstəqil Azərbaycanın gələcək inkişafıüçün möhkəm zəmin yaratdı.

​Yeni Azərbaycan Partiyası təsis olunduqdan sonra ölkənin ictimai-siyasi həyatında özmövqeyini möhkəmləndirməyə başladı. Sonrakı dövrdə partiyanın təşkilati strukturlarıgenişləndirildi, bölgələrdə yerli təşkilatları yaradıldı və fəaliyyəti daha da inkişaf etdirildi. 1992-ci il dekabrın 18-də dövlət qeydiyyatına alınması isə partiyanın fəaliyyətində mühüm mərhələoldu.

​2003-cü ildən etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənsiyasət Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoydu. Bu dövrdə ölkənin iqtisadipotensialı artırıldı, infrastruktur yeniləndi, əhalinin sosial rifahının yüksəldilməsi, beynəlxalqmövqelərimizin möhkəmləndirilməsi və dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətindəmühüm nailiyyətlər əldə olundu. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıisə müasir dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

​Yeni Azərbaycan Partiyasının üzvü olaraq hesab edirəm ki, bu tarixi irsin qorunması vəgələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Partiya üzvü olmaq yalnız siyasimənsubiyyət deyil, həm də dövlətçilik ənənələrinə sadiqlik, milli maraqların müdafiəsi vəölkəmizin gələcəyi qarşısında məsuliyyət deməkdir. Bu baxımdan, Heydər Əliyevin müəyyənetdiyi dövlətçilik prinsiplərinə sadiq qalmaq, Azərbaycanın inkişafına töhfə vermək və milli birliyin qorunmasına xidmət etmək hər bir partiya üzvünün qarşısında duran mühümvəzifələrdəndir.

​Bu baxımdan, 2026-cı il oktyabrın 2-də Bakıda keçirilmiş Yeni Azərbaycan PartiyasınınVIII Qurultayı partiyanın inkişaf tarixində yeni mərhələnin başlanğıcı kimi xüsusi əhəmiyyətdaşıyır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilənilk qurultayda qarşıdakı dövrün yeni hədəf və vəzifələri müəyyənləşdirilmiş, Prezident və YeniAzərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın gələcək fəaliyyətistiqamətləri bir daha diqqətə çatdırılmışdır.

​Nəticə etibarilə, 21 Noyabr 1992-ci il Yeni Azərbaycan Partiyasının tarixində mühümbaşlanğıc, ölkəmizin siyasi həyatında isə əlamətdar hadisədir. Bu gün həmin tarixivərəqləyərkən partiyanın yaranma zərurətini, Heydər Əliyevin siyasi irsini və keçdiyi inkişafyolunu bir daha xatırlayırıq.

​Yeni Azərbaycan Partiyasının üzvü olaraq bu tarixi yaddaşın yaşadılması, HeydərƏliyevin dövlətçilik irsinin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mənəviborcudur.

Məlahət Müştaqova,
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin məzmun və siyasət sektorunun böyük məsləhətçisi, YAP Nərimanov rayon Təşkilatının fəal üzvü

 

 

Oxşar Xəbərlər

Back to top button