
Bəzi tarixlər təqvimdə sadəcə bir gün kimi görünür, ammaxalqın yaddaşında daha böyük məna daşıyır. 4 oktyabr da Azərbaycan üçün belə tarixlərdəndir. Həmin təqvim günüCəbrayıl şəhərinin işğaldan azad olunmasının ildönümü kimiqeyd edilir. Lakin Cəbrayıl üçün 4 oktyabrın mənası yalnız hərbiqələbə ilə ölçülmür. Bu tarix doğma yurda bağlılığın, illərləqorunub saxlanılan qayıdış ümidinin və nəhayət, həmin ümidingerçəyə çevrilməsinin rəmzidir.
Cəbrayılın taleyi Azərbaycanın son onilliklərdə keçdiyimürəkkəb tarixi yolun bir hissəsidir. Rayon 1993-cü il avqustun23-də işğal olunarkən minlərlə insan doğma evini, kəndini vəşəhərini tərk etmək məcburiyyətində qaldı. İşğal illərindəCəbrayılın əsrlər boyu formalaşmış tarixi-mədəni irsinə də ağırzərbə vuruldu. Həmin dövrdə çoxsaylı yaşayış məntəqələri iləyanaşı, tarixi və mədəni abidələri də vandalizmə məruz qalaraqdağıdıldı, bir çoxu isə tamamilə məhv edildi. Həmin illərcəbrayıllılar üçün yalnız məcburi köçkün həyatı demək deyildi. Bu, həm də doğma yurdun xatirəsini ailədən ailəyə, nəsildənnəslə yaşatmaq, Cəbrayılın adını və onunla bağlı xatirələriunutmamaq demək idi.
Ali Baş Komandanın əmri ilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın tarixində yeni mərhələninbaşlanğıcı oldu. İlk günlərdə rayonun Böyük Mərcanlı və Nüzgarkəndlərinin azad edilməsi ilə başlayan əks-hücum əməliyyatıağır döyüşlərlə davam etdi. Şanlı ordumuzun qəhrəmanlığınəticəsində 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldanazad edildi. Həmin günün sevincini təsəvvür etmək üçün yalnızxəritəyə baxmaq kifayət deyil. Bu xəbər illərlə doğma şəhərininadını ürəyində daşıyan insanların həyatında tamam başqa birməna yaratdı. Ölkə başçısının həmin gün Cəbrayıl şəhərinin vərayonun doqquz kəndinin azad olunması münasibətilə bütünAzərbaycan xalqını, o cümlədən işğal olunmuş ərazilərin azadedilməsində fəal iştirak etmiş bütün əsgər və zabitləri təbriketməsi bu tarixi hadisənin əhəmiyyətini göstərirdi.
Cəbrayılın azadlığı Vətən müharibəsinin ilk mühüm şəhərqələbələrindən biri idi. 2021-ci ildə Cəbrayıl ictimaiyyəti iləgörüşdə ölkə başçısı cənab İlham Əliyev 4 oktyabrın rayonuntarixində Zəfər və işğaldan qurtuluş günü kimi əbədi qalacağınıbildirmişdi. Həmin görüşdə şəhərin bərpasının təməli qoyuldu, memorial və digər obyektlərlə bağlı layihələr təqdim edildi. Beləliklə, azadlıqdan dərhal sonra qarşıda yeni və daha uzun birmərhələ – şəhərin yenidən qurulması və insanların doğma yurdaqayıtması vəzifəsi dayandı.
Bu gün Cəbrayılın simasında həmin yeni mərhələninnəticələrini görmək mümkündür. Şəhərin 2040-cı ilədəkinkişafını müəyyən edən Baş plan 2023-cü ildə NazirlərKabinetinin qərarı ilə təsdiqlənib. Baş planın hazırlanmasındamüasir şəhərsalma prinsipləri ilə yanaşı, ərazinin tarixixüsusiyyətləri və gələcək inkişaf imkanları da nəzərə alınıb.
Cəbrayıl şəhərində quruculuq işlərinin ən mühümgöstəricilərindən biri insanların artıq doğma şəhərə qayıtmasıdır. 2024-cü il oktyabrın 4-də şəhərdə yeni yaşayış kompleksininaçılışı keçirilib və sakinlərə mənzillərin açarları təqdim olunub. 7,9 hektar ərazini əhatə edən kompleksdə 712 mənzildən ibarət33 yaşayış binası inşa edilib. Yaşayış binaları ilə yanaşı, sosial-məişət obyektləri, istirahət, uşaq və idman meydançaları da yaradılıb. Bu fakt Cəbrayılın bərpasının yalnız binaların tikilməsiilə məhdudlaşmadığını, burada normal şəhər həyatının bütünəsas şərtlərinin formalaşdırıldığını göstərir.
Şəhərin gələcəyi təhsil və səhiyyə infrastrukturu ilə də sıxbağlıdır. Cəbrayıl şəhərində Prezident İlham Əliyev tərəfindən2021-ci il oktyabrın 4-də təməli qoyulan 960 şagird yerlik Mehdi Mehdizadə adına tam orta məktəbin binası 2024-cü ildəistifadəyə verilib. Burada laboratoriyalar, STEAM otaqları, kitabxana, akt və idman zalları, müxtəlif idman meydançalarıyaradılıb. Eyni zamanda, şəhərdə 150 çarpayılıq mərkəzixəstəxananın layihələndirilməsi və tikintisi ilə bağlı da 2021-ci ildə qərar qəbul edilib. Bunlar qayıdışın yalnız fiziki deyil, sosialbaxımdan da təmin edilməsinin vacibliyini göstərir.
Cəbrayıl rayonunda qayıdış prosesi şəhərlə məhdudlaşmır. Böyük Mərcanlı, Horovlu və digər yaşayış məntəqələrində dəyeni həyatın qurulmasına başlanılıb. 2025-ci ildə Horovlukəndinin birinci mərhələsinin açılışı keçirilib və sakinlərin doğmayurda qayıdışı başlayıb. Bu mənzərə 30 ildən artıq davam edənhəsrətin artıq real qayıdışa çevrildiyini göstərən ən aydınnümunələrdəndir. İnsanların öz evlərinin açarını alması, uşaqların məktəbə getməsi, küçələrdə gündəlik həyatın bərpaolunması Böyük Qayıdış anlayışına konkret məzmun verir.
4 oktyabrın başqa bir mühüm tərəfi də odur ki, bu tarixgələcəyə baxmaq üçün imkan yaradır. Yeni şəhər müasirinfrastruktura malik olmaqla yanaşı, öz tarixi yaddaşını da qoruyacaq. Memorial və muzey layihələrinin nəzərdə tutulmasıməhz bu baxımdan əhəmiyyətlidir. Çünki gələcək nəsillərCəbrayılın hansı yoldan keçərək bu günə gəldiyini bilməli, azadlığın və doğma yurda bağlılığın qiymətini anlamalıdır.
Cəbrayıl həm də Vətən müharibəsində həyatını itirənşəhidlərin xatirəsi ilə bağlı bir məkandır. Bu torpaqların azadlığıuğrunda döyüşən hərbçilərin fədakarlığı tariximizin yaddaşındayaşayacaq. Şəhərin yenidən qurulması ilə yanaşı, şəhidlərinxatirəsinin əbədiləşdirilməsi də gələcək nəsillər qarşısındamühüm mənəvi məsuliyyətdir. Qələbənin mənası yalnız əldəedilən nəticə ilə deyil, onun hansı itkilər və fədakarlıqlarbahasına qazanıldığının unudulmaması ilə də ölçülür.
Cənab Prezidentin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü kimi təsis edilib. Bu qərar 4 oktyabrın tariximizdəki yerini rəsmiləşdirməklə yanaşı, Cəbrayılın keçmişini, azadlığını və gələcəyini bir tarix ətrafındabirləşdirir. Artıq bu gün həm Cəbrayıl sakinlərinin doğmaşəhərləri ilə bağlı qürurunun, həm də bütün ölkənin Zəfərtarixinin bir hissəsidir.
Bu gün Cəbrayıla baxanda iki mənzərə bir-birini tamamlayır: yaddaşımızda qalan dağıdılmış şəhər və gözümüzün qarşısındayenidən qurulan Cəbrayıl. Birincisi keçmişi unutmamağın, ikincisiisə gələcəyə inamın ifadəsidir. 4 oktyabr bu iki məqamıbirləşdirən tarixdir. Cəbrayılın yenidən insan səsi ilə dolması, uşaqların məktəbə getməsi, yeni evlərdə ailələrin yaşaması butarixin ən böyük mənəvi nəticəsidir.
Cəbrayıl şəhəri günü ona görə əlamətdardır ki, bu tarix yalnızbir şəhərin azadlığını xatırlatmır. O, yurdun insan yaddaşındakıyerini, Vətənə bağlılığın gücünü və qayıdışın mümkünlüyünügöstərir. Cəbrayılın qarşısında indi yeni bir yol açılıb. Bu yolquruculuq, inkişaf, yaşayış və gələcək nəsillərin yoludur. 4 oktyabr isə həmin yolun başlanğıcını göstərən, xalqımızınyaddaşında daim yaşayacaq mühüm tarixlərdən biri olaraqqalacaq.
Əsgər Qasımov
Audit şöbəsinin müdir müavini-audit sektorunun müdiri ,
YAP Nərimanov rayon Təşkilatının fəal üzvü



