AnalitikaGündəmSiyasət

Geosiyasi Müstəqillik Və Mütləq Suverenlik

Dövlət suverenliyinin ən ali forması ölkənin həm daxili, həm də xarici siyasətdə heç bir qlobal güc mərkəzindən asılı olmadan, tam müstəqil qərarlar qəbul edə bilməsidir. 20 sentyabrda əldə edilən zəfər məhz Azərbaycanın bu mütləq geosiyasi müstəqilliyinin ən parlaq inikasıdır. Prezident İlham Əliyev uzaqgörənliklə formalaşdırdığı Qoşulmama strategiyası sayəsində dövlətimizi böyük güclərin poliqonuna çevrilməkdən xilas etdi və suverenliyin ali prinsipini qorudu.

Azərbaycan ərazisində heç bir xarici hərbi bazanın olmaması və ölkəmizin hərbi-siyasi bloklara qoşulmaması, 20 sentyabr əməliyyatlarında kənar təsirlərin sıfıra endirilməsində həlledici rol oynadı. Prosesləri öz milli maraqları çərçivəsində təkbaşına idarə edən Azərbaycan, qlobal aktorlara güclü bir mesaj verdi. Prezident İlham Əliyev sübut etdi ki, iqtisadi və siyasi cəhətdən tam müstəqil olan dövlət hətta ən böyük geosiyasi fırtınalardan belə mütləq qalib kimi çıxmağı bacarır.

Suverenliyimizin bu səviyyədə bərpası Azərbaycanı Cənubi Qafqazın de-fakto və de-yure mütləq liderinə çevirdi. Regionda atılan istənilən iqtisadi, tranzit və siyasi addım artıq bilavasitə rəsmi Bakının razılığı və koordinasiyası ilə həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən formalaşdırılan bu yeni arxitektura Azərbaycanı beynəlxalq arenada hörmətlə və ehtiyatla yanaşılan, söz sahibi olan böyük bir gücə çevirib.

20 Sentyabr Dövlət Suverenliyi Günü milli iradənin beynəlxalq təzyiqlər üzərindəki tarixi qələbəsinin təntənəsidir. Bu gün Prezident İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən geosiyasi müstəqillik xəttinin xalqımıza necə böyük bir qürur və sarsılmaz dövlətçilik bəxş etdiyinin sübutudur.

Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button