
Azərbaycan-Özbəkistan əlaqələrinin müasir vəziyyəti Prezident İlham Əliyevin genişmiqyaslı müsahibəsində öz əksini tapıb. Prezident İlham Əliyev bildirib ki, qədim tarixi və mənəvi köklərə əsaslanan bu birlik hazırda iki güclü və suveren dövlətin sarsılmaz müttəfiqliyinə çevrilmişdir. Siyasi müstəvidə əldə olunan nailiyyətlər, xüsusən də 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şuranın fəaliyyəti müsahibənin əsas xətlərindən biridir.
Prezident İlham Əliyev bu institusional mexanizmin uzunmüddətli əməkdaşlıq hədəflərimizin gerçəkləşməsində mühüm rol oynadığını bildirmişdir.Müsahibədə iqtisadi inteqrasiyanın dərinləşməsi xüsusi rəqəmlərlə əsaslandırılıb. Hər iki ölkədə irimiqyaslı layihələrin, məsələn, ‘PASHA Holding’in Daşkənddəki fəaliyyətinin və Azərbaycanda 130-dan çox özbək şirkətinin fəaliyyət göstərməsi ortaq maraqların göstəricisidir.
Enerji və tranzit sektorundakı əməkdaşlıq müsahibədə xüsusi olaraq vurğulanır. Tranzit daşımalarının artaraq 1,4 milyon tona çatması və SOCAR ilə ‘Özbəknefteqaz’ arasındakı ortaq layihələr ölkələrimizin Avrasiyanın əsas logistika mərkəzinə çevrilməsinə təkan verir. Müsahibənin yekununda mənəvi irs və Türk dünyasının birliyi ön plana çıxarılır. Prezident İlham Əliyev Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasını və Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzvlüyünü qardaşlığın ən ali nümunəsi kimi dəyərləndirərək, bu müttəfiqliyin daimi sülhə xidmət etdiyini vurğulayır.
Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini



