
Son dövrlərin ən mühüm analitik tezislərini özündə ehtiva edən sənədlərdən biri Prezident İlham Əliyevin Özbəkistan mətbuatına müsahibəsidir. Bu müsahibədə Prezident İlhamƏliyev Azərbaycan və Özbəkistan qardaşlığının müasir dövrdə ən yüksək zirvəyə müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırmışdır.
Dövlətlərarası siyasi dialoq barədə danışarkən, Prezident İlham Əliyev iki ölkə başçılarının rəsmi və dövlət səfərlərinin əhəmiyyətini önə çəkib. İmzalanmış bəyannamələr təkcə kağız üzərində deyil, reallıqda da təbii müttəfiqliyimizi qəti şəkildə rəsmiləşdirmişdir. İqtisadi sahədə qeydə alınan artım müsahibənin mühüm tezislərindəndir.
Prezident İlham Əliyev qeyd edir ki, 2025-ci ildə ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, eləcə də 500 milyon dollarlıq birgə İnvestisiya Şirkətinin yaradılması böyük iqtisadi potensialdan xəbər verir. Nəqliyyat və logistika imkanları barədə fikirlərini bölüşən Prezident İlham Əliyev ÇinQırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyasına diqqət çəkib.
Eyni zamanda, ‘Yaşıl Dəhliz Birliyi’nin yaradılması bərpaolunan enerjinin Xəzər vasitəsilə ixracı üçün böyük üfüqlər açır. Mədəni-humanitar sahədə, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımlar qardaşlığımızın sütunudur. Prezident İlham Əliyevin fikrincə, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ölkəmizin ‘C6’ formatında iştirakı bu əlaqələrin sadəcə regional deyil, beynəlxalq səviyyədə də böyük gücə malik olduğunu təsdiqləyir.
Nəzakət Bağırova,
YAP Nizami rayon təşkilatının “Əli Vəliyev küçəsi, 4” ərazi partiya təşkilatının sədr müavini



