AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan İtaliya əlaqələri

Azərbaycan Respublikasının Cənab Prezidenti İlham Əliyev ilə İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorgia Meloni arasında 2026-cı il mayın 4-də Bakıda keçirilən görüş iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu səfər həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyaraq Azərbaycan-İtaliya münasibətlərinin daha da dərinləşdirilməsinə xidmət etdi. Prezident İlham Əliyev birgə bəyanat zamanı qeyd etdi ki, Azərbaycan ilə İtaliya arasında əlaqələr uzun illərdir ki, qarşılıqlı etimada və dostluğa əsaslanır. O vurğuladı ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və xüsusilə enerji sahəsində əməkdaşlıq yüksək səviyyədə inkişaf edib. Azərbaycanın Avropaya enerji ixracında İtaliyanın mühüm rolu olduğunu bildirən dövlət başçısı, bu istiqamətdə həyata keçirilən layihələrin hər iki ölkənin iqtisadi inkişafına töhfə verdiyini diqqətə çatdırdı. Görüş zamanı enerji təhlükəsizliyi məsələləri xüsusi diqqət mərkəzində olub. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı kimi çıxış edir və bu mövqe gələcəkdə də möhkəmləndiriləcək. O, Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini vurğulayaraq, bu layihənin Avropanın enerji şaxələndirilməsi siyasətinə mühüm töhfə verdiyini bildirdi. İtaliya isə bu layihədə əsas iştirakçı ölkələrdən biri kimi xüsusi yer tutur. Ciorgia Meloni öz növbəsində çıxışında Azərbaycanla əməkdaşlığın İtaliya üçün strateji əhəmiyyət daşıdığını vurğuladı. O qeyd etdi ki, ölkəsi Azərbaycanla iqtisadi əlaqələri genişləndirməkdə maraqlıdır və bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi planlaşdırılır. Xüsusilə qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsi, texnologiya və sənaye sahələrində birgə təşəbbüslərin artırılması əsas prioritetlər sırasındadır. Səfər çərçivəsində tərəflər arasında bir sıra sənədlər imzalanıb ki, bu da əməkdaşlığın hüquqi bazasının daha da möhkəmlənməsinə şərait yaradır. Prezident İlham Əliyev bildirib ki, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə və yeni imkanların yaranmasına təkan verəcək. O, həmçinin humanitar və mədəni sahələrdə əməkdaşlığın da önəmini vurğulayıb. Görüş zamanı regional və beynəlxalq məsələlər də müzakirə olunub. Cənab Prezident İlham Əliyev Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində atdığı addımlar barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan regionda davamlı sülhün əldə olunmasında maraqlıdır və bu istiqamətdə konstruktiv mövqe nümayiş etdirir.

Bəhruz Rüstəmov,
Yeni Azərbaycan Partiyası məsləhətçi 

 

Oxşar Xəbərlər

Back to top button