AnalitikaGündəm

Yeni mərhələ

Azərbaycanın qəti qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. Oktyabrın 4-də Azərbaycanın Cəbrayıl rayonunun Ermənistanın işğalından azad olunmasının dörd ili tamam oldu. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə cari ilin 3-4 oktyabr tarixlərində Cəbrayıla növbəti səfəri zamanı şəhər sakinləri ilə görüşmüş və onların qarşısında çıxış etmişdir.Cənab İlham Əliyev çıxışında bir daha tarixi Zəfərimizin qəhrəmanlarının Vətən, torpaq sevgisindən, böyük şücaət göstərmələrindən bəhs etdi. Vurğuladı ki,bu gün bütün Azərbaycan xalqı qəhrəman övladlarımıza minnətdarlıq hissi ilə yaşayır, vətənpərvərlik ruhunda yetişmiş gənc nəsil vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə qaytara bilmişdir.

“Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır və bu gün Cəbrayıla gələn hər bir insan görür, həm köhnə yol, hansı ki, sovet vaxtında olan yol yenidən qurulmuşdur və mən o yolu çox yaxşı xatırlayıram. Çünki Zəfərdən sonra o yolla dəfələrlə bu bölgələrə gəlmişəm. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana qədər, Qubadlıya qədər və oradan da Laçına qədər davam edir”.Bəli,cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan istənilən strateji hədəfi vaxtında və dəqiq yerinə yetirmək əzmindədir.  Postmüharibə dövrü də bu gerçəkliyi ifadə edir. Azərbaycan yeni mərhələdə qarşıda duran milli məqsədləri reallaşdırmaq iqtidarındadır.

Şübhə yoxdur ki, Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Prezident İlham Əliyevin vurğuladığı kimi,Biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir.Təbii ki, bütün bunlar ölkəmizdə xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı fonunda uğurların davamlılığının təsdiqidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız bir amal uğrunda birləşib – Azərbaycanı gücləndirmək, sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək. Yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlarla başa vurur.

Təvəkkül Əliyev,
YAP Şuşa rayon təşkilatının sədri 

Oxşar Xəbərlər

Back to top button