AnalitikaGündəmSiyasət

Qurtuluşdan İnkişafa: 3 Oktyabr Seçkilərinin Tarixi Bəraəti

1993-cü il oktyabrın 3-də keçirilən ümumxalq prezident seçkiləri Azərbaycanın dövlətçilik tarixində sadəcə hakimiyyət dəyişikliyi deyil, milli qurtuluşun rəsmiləşdirilməsi hadisəsidir. Müstəqilliyin ilk illərində daxili çəkişmələr, idarəetmədəki naşılıq və xaos nəticəsində ölkə parçalanmaq və xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. İyun hadisələrindən sonra xalqın mütləq dəstəyi ilə Bakıya qayıdan Heydər Əliyev 3 oktyabr seçkilərində seçicilərin 98,8 faizinin səsini toplayaraq dövlət rəhbəri seçildi.

Bu səsvermə xalqın öz taleyini təcrübəli və qətiyyətli liderə həvalə etmək iradəsinin təzahürü idi. Seçkilərdən dərhal sonra qanunsuz silahlı qruplaşmalar ləğv edildi, dövlət strukturlarında intizam bərpa olundu və daxili sabitlik təmin edildi. 3 Oktyabr seçkiləri Azərbaycanın müasir hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasının başlanğıc nöqtəsi oldu.

Lətifə Əlizadə, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button