
Bakıda Azərbaycan ədəbiyyatı tarixinin görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı ölkəmizin mədəni həyatında baş vermiş əlamətdar hadisədir.Ustad aşığın abidəsinin açılış mərasimində Prezident İlham Əliyev Dədə Ələsgərin yaradıcılığının Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmasından danışıb.Dövlət başçısı bildirib ki,Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub.”Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük. Çünki yenə də deyirəm, 97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, – o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, – yenə də öz Vətəninə qayıtmışdır”.
“Ölkə Prezidenti öz çıxışında qətiyyətlə bildirdi ki, “…gün gələcək, biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”. Prezident İlham Əliyevin bu mesajı Qərbi azərbaycanlıların taleyi ilə bağlı yaxın gələcəyə hesablanmış işıqlı bir müjdə kimi qəbul oluna bilər.Çünki Aşıq Ələsgərin abidəsinin açılışı yalnız bir mədəni tədbir olaraq deyil, həm də milli birliyin güclənməsi və mədəniyyətimizin bərpası baxımından müstəsna əhəmiyyət kəsb edən bir hadisədir.
Sonda qeyd etmək istəyirəm ki,bu gün Dünyada verdikləri sözə sadiq olan siyasətçilər azdır. Adətən siyasətçilərin çoxu bu gün bir vəd verir, sabah nə olacağı isə onları az maraqlandırır.Prezident İlham Əliyev isə sözünə sadiq olan liderdir.O, hələ 2003-cü ildə verdiyi ən başlıca vədi – işğal edilmiş torpaqların, Şuşanı qaytarılacağı, vətəndaşlarımızın öz doğma yurdlarına qaytarılacağı, dağıdılmış ərazilərin bərpa olunacağı barədə vədi şərəflə yerinə yetirdi.Ona görə də Xalqımız Prezident İlham Əliyevin bütün təşəbbüslərini dəstəkləyir. O da öz növbəsində, Azərbaycana verdiyi bütün vədlərini bundan sonra da yerinə yetirəcək!
Elmir Rzayev,
YAP Şuşa rayon təşkilatının əməkdaşı



