AnalitikaGündəmSiyasət

Zəngilanın azad olunması Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsidir

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı uğurlar xalqımızın hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazdı. Zəngilan şəhərinin 2020-ci il oktyabrın 20-də azad edilməsi həmin qələbə salnaməsinin əlamətdar hadisələrindən biridir. Bu tarix hərbçilərimizin peşəkarlığını, cəsarətini və Vətənə sədaqətini xatırladır.

Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uzun illər ərzində müasirləşdirilmiş və gücləndirilmişdi. Hərbi hazırlığın yüksəldilməsi, texniki imkanların artırılması və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Vətən müharibəsində mühüm rol oynadı. Zəngilanın azad edilməsi də bu hazırlığın və döyüş meydanında göstərilən fədakarlığın nəticələrindən biri oldu.

Döyüşlərdə iştirak edən Azərbaycan hərbçiləri qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün böyük iradə nümayiş etdirdilər. Onların cəsarəti xalqımızda qürur hissi yaratdı. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi isə hər zaman ehtiramla anılır, qazilərimizin fədakarlığı yüksək qiymətləndirilir.

Zəngilanın azad edilməsi haqqında xəbər ölkənin hər yerində sevinc hissi ilə qarşılandı. Prezident İlham Əliyevin xalqa çatdırdığı qələbə xəbəri uzun illər doğma yurdlarından ayrı yaşayan insanlar üçün xüsusi məna daşıyırdı. Bu hadisə ordu ilə xalq arasında mövcud olan birliyin və qarşılıqlı inamın gücünü göstərdi.

Bu gün Zəngilan Şəhəri Günü qeyd edilərkən hərbçilərimizin qəhrəmanlığı və şəhidlərimizin müqəddəs xatirəsi unudulmur. Qələbənin nəticələrini qorumaq, azad edilmiş əraziləri inkişaf etdirmək və gələcək nəsillərə təhlükəsiz həyat şəraiti yaratmaq ümumi məsuliyyətimizdir. Zəngilanın azadlığı Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsində daim yaşayacaq.

Nüşabə Məmmədova, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button