AnalitikaGündəmSiyasət

Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə ölkənin strateji planları çərçivəsində Zəngəzur dəhlizinə xüsusi vurğu etdi.

Sovet dönəmində 1920-ci ilin noyabrında Qərbi Zəngəzur bölgəsi Ermənistana verildi və bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi ayrılıq yaratdı. Sovetlər çökəndən sonra sərhədlərin olmaması şəraitində bu bölgədən keçmək sərbəst idi, lakin sonradan Ermənistan əlaqələri kəsdi. Prezident müsahibədə vurğuladı ki, yalnız Ermənistanın tabeliyindəki zəmanətlər yetərli deyil – “Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır”: Azərbaycan vətəndaşları bu 40 km-lik məsafəni təhlükəsiz keçməlidirlər. Güclü beynəlxalq təhlükəsizlik zəmanətləri tələb olunur. ABŞ Prezidenti Donald Tramp administrasiyası bu təhlükəsizlik narahatlıqlarını qəbul edərək TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) təşəbbüsünü irəli sürdü. Tramp Zəngəzur dəhlizinə bu layihə adı ilə xüsusi önəm verdi. İlham Əliyev bu təşəbbüs sayəsində layihənin yaxın zamanda reallaşacağına ümid etdiyini bildirdi. Fiziki infrastrukturun – xüsusilə dəmir yolunun – tikintisinin uzun vaxt tələb etməyəcəyini bildirdi. Sözlərinə görə, bu infrastrukturun cəmi 42 kilometr olması layihənin yalnız bir il ərzində mümkün qədər reallaşdırıla biləcəyini göstərir. Ermənistan üçün bu iş daha uzun çəkə bilər, çünki Azərbaycan bu sahədə daha çox təcrübəyə malikdir. Ermənistan tərəfi müqavimət göstərdikdə, Azərbaycan İran marşrutu vasitəsilə Naxçıvana çıxış üçün “Araz dəhlizi” layihəsini həyata keçirir. Bu yolla yük daşımaları həm Ermənistan, həm də İran marşrutu ilə mümkün olacaq. Eyni zamanda gələcəkdə İran ərazisində dəmir yolu inşası potensialı da müzakirə olunur. Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki hissəsini birləşdirmir, eyni zamanda regionun nəqliyyat şəbəkəsində yeni bir koordinat yaradır.

Prezident Azərbaycan ərazisindəki mövcud Şimal–Cənub marşrutunun tam işlək olduğunu vurğulayıb. Zəngəzur dəhlizi bu marşruta əlavə imkanlar qazandıracaq və alternativ yol rolunu oynayacaq. Bu həm də regionun logistik potensialını genişləndirəcək, yeni, çevik və dayanıqlı nəqliyyat şəbəkəsinə xidmət edəcək. Prezident qeyd edib ki, bu layihə Azərbaycanın təbii hüququdur və 10 noyabr 2020-ci il Bəyanatında nəzərdə tutulub – dərhal yerinə yetirilməli olsa da, Ermənistan praktiki olaraq öhdəliklərini icra etmir. Prezident İlham Əliyev bu layihənin qaçılmaz olduğunu və nə qədər Ermənistan istəməsə də, reallaşacağını vurğulayıb.

YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Siyasət Həsənov

Oxşar Xəbərlər

Back to top button