AnalitikaGündəmSiyasət

Zəfərin Təməli: Heydər Əliyevin Strateji Uğur Yolu

Qarabağ Zəfərinə aparan möhtəşəm yol təkcə hərbi və siyasi hadisələrin ardıcıllığı deyildi — bu yolun əsası uzaqgörən bir liderin, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti ilə qoyulmuşdu. O, dövlətçiliyin təməllərini möhkəmləndirərək gələcək nəsillərə güclü, sabit və inamlı bir Azərbaycan miras qoydu. Bu sabitlik sonradan Qələbənin əsas dayağına çevrildi.
Heydər Əliyev ölkədə milli həmrəyliyi bərpa etdi, ordu quruculuğuna xüsusi önəm verdi və beynəlxalq arenada Azərbaycanın mövqelərini gücləndirdi. Onun rəhbərliyi ilə dövlətçiliyin bərpası və siyasi nizamın yaradılması Qarabağ məsələsinin gələcək həllinə möhkəm zəruri zəmin formalaşdırdı.
Zəfərin başlanğıcı məhz o illərdə atılan düzgün addımlarda idi — diplomatik balans, milli ideologiyanın gücləndirilməsi və dövlət maraqlarının qorunması. Ulu Öndərin siyasi irsi, bugünkü qalib Azərbaycanın mənəvi dayağı kimi bütün sahələrdə hiss olunur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu yolu uğurla davam etdirərək Heydər Əliyev siyasətinin nəticəsini Qələbə ilə taclandırdı. Beləliklə, Qarabağ Zəfəri, Ulu Öndərin uzaqgörən strategiyasının, milli birliyin və dövlətçilik məktəbinin təntənəsi oldu.

Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button