AnalitikaGündəmSiyasət

Zəfərin Rəmzi – Qubadlıda Ucalan Bayraq

23 dekabr 2020-ci il tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlıya səfəri Azərbaycanın yeni tarixində mühüm hadisə kimi yadda qaldı. Həmin gün Qubadlıda Azərbaycan bayrağının ucaldılması yalnız bir mərasim deyil, həm də qələbənin rəmzi idi. Azad olunmuş torpaqlarda dalğalanan üçrəngli bayraq xalqın illərlə çəkdiyi həsrətin sonu, qalibiyyətin başlanğıcı oldu.
Bu səfər Qubadlının dirçəliş yolunun ilk səhifəsini açdı. Prezidentin Qubadlı torpağında bayraq ucaltması, bu bölgənin yenidən doğuşunun və dövlətin diqqətinin simvoluna çevrildi. O an hər azərbaycanlı qəlbən həmin məkanda idi, çünki bu bayraq həm qələbənin, həm də ədalətin təntənəsini təcəssüm etdirirdi.
Ucalan bayraq, şəhidlərin ruhuna ehtiram, qazilərin fədakarlığına minnətdarlıq, xalqın birliyinə və dövlətin gücünə inamın göstəricisi idi. Həmin gün Qubadlı yalnız azad edilmiş torpaq kimi deyil, həm də milli qürurun ocağı kimi tarixə yazıldı.
O gündən sonra Qubadlıda yeni həyat başladı. Bayrağın dalğalandığı yerdə indi məktəblər, yollar, evlər yenidən tikilir. Hər kəs bilir ki, 23 dekabr 2020-ci ildə Qubadlıda ucaldılan bayraq, Azərbaycanın gələcək nəsillərinə ilham verən əbədi zəfər simvoludur.

YAP Xəzər rayon təşkilatının fəalı
Günay Şahverdiyeva

Oxşar Xəbərlər

Back to top button