AnalitikaGündəmSiyasət

Zəfərə Gedən Yolun İbtidası: 27 Sentyabr

2020-ci ilin 27 sentyabr tarixi Azərbaycanın müasir tarixinə sadəcə təqvim günü kimi deyil, milli şərəf və ləyaqətin bərpa olunduğu gün kimi həkk olundu. Düşmənin növbəti hərbi təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatı ölkəmizin hərbi gücünü və milli birliyini bütün dünyaya nümayiş etdirdi. Bu gün, Otuz illik həsrətə son qoyan Böyük Zəfərin ilk addımı idi.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və hərbi mövqələrimizi atəşə tutması nəticəsində Müzəffər Ali Baş Komandan İldırım sürətli “Dəmir Yumruq” əməliyyatına əmr verdi. Əsgər və zabitlərimiz ilk dəqiqələrdən etibarən misilsiz rəşadət göstərərək düşmənin illərlə qurduğu keçilməz istehkamları darmadağın etdilər. Xalqın ordusuna olan inamı frontdakı hər bir döyüşçüyə əlavə ruh yüksəkliyi bəxş edirdi.

Anım Günü həm də qəhrəman şəhidlərimizin müqəddəs ruhuna dərin ehtiramın ifadəsidir. Vətən torpağının hər qarışı üçün canından keçən oğullarımız gələcək nəsillərə böyük bir qürur irsi qoyub getdilər. Onların fədakarlığı sayəsində bu gün Qarabağ azaddır, şəhər və kəndlərimizdə yenidən Azərbaycan bayrağı dalğalanır.

Biz bu tarixi günü dərin kədər, lakin bir o qədər də sonsuz qürur hissəsi ilə qeyd edirik. Şəhidlərimizin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. 27 sentyabr – bizim milli qürurumuzun, əyilməz iradəmizin və sarsılmaz birliyimizin simvoludur.

Arif Məmmədov,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button