
20 oktyabr artıq Zəngilan üçün xüsusi bir tarix olaraq qeyd olunur. Bu gün şəhərin azad olunduğu və xalqın uzun illər gözlədiyi azadlığa qovuşduğu gündür. Azərbaycan dövləti tərəfindən bu günün təsis edilməsi həm tarixi yaddaşı qorumaq, həm də gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılamq məqsədi daşıyır. Şəhərin azadlığı yalnız torpağın geri qaytarılması deyil, həm də milli qürurun bərpası kimi qiymətləndirilir.
Azadlıqdan sonra Zəngilanda bərpa və quruculuq işləri sürətlə irəliləyir. Yollar çəkilir, yaşayış məntəqələri yenidən salınır, məktəblər və xəstəxanalar inşa olunur. Bu proseslər şəhərin yalnız fiziki bərpası deyil, həm də sosial həyatın canlanması üçün vacibdir. Sakinlər tədricən doğma torpaqlarına qayıdır və həyat ritmi yenidən formalaşır.
Quruculuq işləri eyni zamanda iqtisadi canlanmanı da təmin edir. Yeni infrastrukturlar bölgəyə investisiyaları cəlb edir, kənd təsərrüfatı və sənaye obyektlərinin bərpası iş yerlərinin yaranmasına səbəb olur. Hər yeni layihə Zəngilanın gələcəyini daha da işıqlı və davamlı edir.
20 oktyabr həm tarix, həm də inkişaf günü kimi Zəngilanın simvoluna çevrilib. Şəhərin bərpası, azadlıq uğrunda göstərilən qəhrəmanlıq və gələcəyə inam bir araya gələrək xalqın birliyini və milli qürurunu daha da möhkəmləndirir.
Xəyal Rzazadə,
YAP Xəzər rayon təşkilatının fəalı