
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk ali partiya forumu kimi müasir siyasi tariximizdə xüsusi əhəmiyyət kəsb edir. Bu tədbir VII Qurultaydan ötən dövr ərzində görülən işlərə yekun vurmaqla yanaşı, Azərbaycanın yeni geosiyasi reallıqlar şəraitindəki strateji prioritetlərini müəyyənləşdirib. Qəbul olunan qərarlar və müəyyən edilən hədəflər partiyanın gələcək fəaliyyət proqramının ana xəttini təşkil etməklə, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və yeni inkişaf mərhələsinə keçidə xidmət edir.
Nihal Muradzadə,
YAP Nizami rayon təşkilatının gənc fəalı



