
İşğal illəri Azərbaycan xalqının yaddaşına dərin yaralarla həkk olundu. Qubadlı, Zəngilan, Laçın və digər rayonlarda aparılan dağıntılar təkcə binaları deyil, həm də insanların xatirələrini, həyatlarını yerlə-yeksan etdi. Evini, kəndini itirən insanlar illərlə həsrət içində yaşadı, doğma torpaqların həsrəti nəsildən-nəslə ötürüldü. İşğal, sanki zamanın dayanması idi — həyat susdu, səslər kəsildi, torpaq yetim qaldı.
Təbii sərvətlər talan edildi, meşələr yandırıldı, çaylar çirkləndi, kəndlər viran qoyuldu. Minlərlə hektar torpaq minalarla örtüldü, əkinlər məhv edildi. Hətta qəbiristanlıqlar belə dağıdıldı, tarixi abidələr talan olundu. Bu, yalnız maddi deyil, həm də mənəvi soyqırım idi — xalqın yaddaşı, mədəni kimliyi hədəf alınmışdı.
İşğalın fəsadları bu gün də öz izlərini saxlayır. Azad edilmiş ərazilərdə aparılan bərpa işləri zamanı ortaya çıxan dağıntılar, illərlə davam edən vəhşiliyin dəlilidir. Amma xalqın iradəsi və dövlətin gücü bu ağrını ümidə çevirdi. Hər bərpa olunan bina, hər təmizlənən torpaq bir həyatın yenidən doğuluşu deməkdir.
Bu faciə dolu illər tarixdən silinməyəcək, lakin unudulmayacaq da. İşğalın acı fəsadları bizə həm torpağın, həm azadlığın dəyərini bir daha anlatdı. Bu xatirə, gələcək nəsillər üçün həm dərs, həm də ibrət olacaq.
Ləman Məmmədova,
YAP Xəzər rayon təşkilatının fəalı