AnalitikaGündəmSiyasət

Türkmənistanın Qarabağa dəstəyi və Füzulidə inşa ediləcək məscid qardaşlıq münasibətlərinin simvolu kimi

Türkmənistanın təşəbbüsü ilə Füzulidə tikiləcək məscid həm dini, həm də mədəni əhəmiyyət kəsb edir. Qurbanqulu Berdiməhəmmədovun verdiyi bu təşəbbüs Azərbaycan-Türkmənistan qardaşlığının əməli göstəricisidir. Məscid layihəsi regionda həmrəyliyin gücləndirilməsinə və mədəni irsin qorunmasına xidmət edəcək. Prezident İlham Əliyev təşəbbüsü minnətdarlıqla qarşılayaraq layihənin sürətlə həyata keçirilməsini təmin etdi. Məscidin memarlıq layihəsi artıq tamamlanıb və yaxın gələcəkdə təməli qoyulacaq. Bu addım Qarabağda dini dəyərlərin bərpasına, həmçinin sosial və mədəni inkişafın təşviqinə töhfə verəcək. Eyni zamanda, layihə Türkmən xalqının Azərbaycan xalqına qarşı dostluq münasibətinin simvolu kimi çıxış edir. Məscidin inşası həm ölkələr arasında əməkdaşlığın, həm də xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcək.

Faiq Xələfov
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Back to top button