
Bu gün futbol üzrə Türkiyə Superkubokunda ilk yarımfinal oyunu keçiriləcək.
Carixeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Qalatasaray” finala gedən yolda “Trabzonspor”la üz-üzə gələcək.
Qaziantep Böyükşəhər Stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Bu raundun digər görüşü yanvarın 6-da “Fənərbağça” və “Samsunspor” komandaları arasında gerçəkləşəcək.
Final matçı yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.



