AnalitikaDünyaGündəmSiyasət

Təhlükəsizlik və həmrəylik – Türk dünyasının ortaq dəyəri

17 sentyabr 2026-cı ildə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etməsi Türk dünyasında təhlükəsizlik və strateji tərəfdaşlıq məsələlərinin getdikcə daha böyük əhəmiyyət qazandığını bir daha nümayiş etdirdi.

Dövlətimizin başçısının görüş zamanı səsləndirdiyi fikirlər göstərir ki, müasir dünyada təhlükəsizlik anlayışı yalnız hərbi sahə ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi, nəqliyyat əlaqələrinin inkişafı, regional sabitlik, iqtisadi tərəqqi və milli maraqların qorunması bir-birini tamamlayan mühüm istiqamətlərdir. Bu baxımdan TDT ölkələri arasında əlaqələndirmənin və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsi xüsusi önəm daşıyır.

Azərbaycanın TDT çərçivəsində həyata keçirdiyi fəal siyasət, qardaş və dost dövlətlərlə inkişaf etdirdiyi münasibətlər, eləcə də enerji və nəqliyyat layihələrində mühüm mövqeyi Türk dünyasının daha geniş əməkdaşlıq platformasına çevrilməsi üçün əlverişli imkanlar formalaşdırır.

Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Türk dünyası bizim ailəmizdir”. Bu böyük ailənin təhlükəsizliyinin, sabitliyinin və davamlı inkişafının təmin olunması isə qarşılıqlı dəstək, etimad və həmrəyliyin daha da gücləndirilməsini zəruri edir.

17 sentyabr tarixində keçirilən görüş bu baxımdan TDT məkanında təhlükəsizlik sahəsində əməkdaşlığın yeni perspektivlərinin nəzərdən keçirilməsi və mövcud çağırışlara birgə yanaşmanın ortaya qoyulması baxımından mühüm hadisədir.

Bakıda keçirilən bu əhəmiyyətli görüş Azərbaycanın Türk dünyasında təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində fəal rolunu, eyni zamanda TDT ölkələrinin qarşılıqlı əməkdaşlığa və ortaq fəaliyyətə verdiyi önəmi bir daha göstərdi.

Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri

Oxşar Xəbərlər

Back to top button