AnalitikaGündəmSiyasət
Trend

Tarixi Zəfərdən Gələcək Hədəflərə: YAP VIII Qurultayının Siyasi Yol Xəritəsi

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkənin siyasi həyatında mühüm hadisələrdən biridir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi tarixi zəfərdən sonrakı dövrdə keçirilən bu toplantı, partiyanın və ölkənin gələcək inkişaf kursunu müəyyənləşdirmək baxımından böyük əhəmiyyət kəsb edir.

Tədbirdə dövlətin və partiyanın əsas prioritetləri diqqət mərkəzində saxlanılıb. Azad olunmuş torpaqların sürətlə bərpası, Böyük Qayıdış proqramının uğurla icrası, milli həmrəyliyin möhkəmləndirilməsi və iqtisadi müstəqilliyin qorunması qarşıda duran mühüm vəzifələr kimi vurğulanıb. Eyni zamanda, partiya daxilində idarəetmə strukturunun müasirləşdirilməsi, gənc və dinamik kadrların önə çəkilməsi, cəmiyyətdə sağlam siyasi dialoq mühitinin dəstəklənməsi istiqamətində addımlar atılıb.

YAP-ın VIII Qurultayı partiyanın ölkədəki aparıcı siyasi qüvvə mövqeyini bir daha təsdiqləyərək, güclü dövlət və dayanıqlı inkişaf naminə yeni strateji mərhələnin əsasını qoyub.

İldırım Eyvazlı,
YAP Nizami rayon təşkilatının gənc fəalı 

Oxşar Xəbərlər

Back to top button