GündəmMədəniyyət
Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin hekayələr kitabı İranda çap olunub.
Carixeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Babam, nənəm və kommunizm” adlı toplunun tərtibçisi və naşiri Əlyar Poladdır. Kitaba müəllifin seçilmiş hekayələri daxil edilib.
Bu, yazıçının qonşu ölkədə nəşr olunan sayca üçüncü kitabıdır.