GündəmSosialTexnologiya

“Süni intellekt dəstəyi ilə məzmun yaratma bacarıqlarının inkişafı” layihəsi uğurla başa çatıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və İnnovativ Təşəbbüslərə Dəstək (İTD) İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə üzrə təlim kursunun bağlanış mərasimi keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, açılış nitqi ilə çıxış edən “Süni intellekt dəstəyi ilə məzmun yaratma bacarıqlarının inkişafı” layihəsinin rəhbəri Abbas Pənahov layihənin əsas məqsədinin iştirakçılara data əsaslı şəkildə kommunikasiya qurmaq və fəaliyyəti təkmilləşdirmək bacarıqları qazandırmaq olduğunu diqqətə çatdırıb. Süni intellekt texnologiyalarının sosial media fəaliyyətində yaratdığı yeni imkanlar və rəqəmsal məzmun istehsalında innovativ yanaşmaların əhəmiyyəti barədə məlumat verilib.

Daha sonra çıxış edən YAP Sosial Media Qrupunun məsləhətçisi Rəsul Səlimzadə süni intellekt alətlərinin müasir informasiya mühitində, xüsusilə platformalarda daha operativ, hədəfli və keyfiyyətli məzmun hazırlanması baxımından mühüm rol oynadığını vurğulayaraq, bu istiqamətdə bilik və bacarıqların artırılmasının aktuallığını qeyd edib.

Açılış çıxışlarından sonra tədbir iştirakçıların fəal müzakirələri və interaktiv fikir mübadiləsi ilə davam edib.

Diskussiyalarda YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Nərminə Yunusova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, YAP Sosial Media Qrupunun məsləhətçiləri Rəna Süleymanlı, Səriyyə İsgəndərova, Aygün Abbasova və digərləri çıxış edərək öz fikirlərini və təcrübələrini bölüşüblər. Çıxış edənlər süni intellekt alətlərinin gündəlik ictimai-siyasi fəaliyyətdə, eləcə də partiyanın rəqəmsal kommunikasiya strategiyasında tətbiqi perspektivlərini dəyərləndirib, bu cür innovativ təlimlərin onların gələcək fəaliyyətlərində məhsuldarlığın artırılmasına böyük töhfə verəcəyini xüsusi vurğulayıblar.

Sonda “Süni intellekt dəstəyi ilə məzmun yaratma bacarıqlarının inkişafı” adlı layihə çərçivəsində təşkil edilən təlimləri müvəffəqiyyətlə tamamlayan iştirakçılara Kaliforniya Universitetinin (UC Davis) rəsmi sertifikatları təqdim edilib və xatirə şəkili çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button